22 noyabr 2025 - 16:47
Source: IRNA
BMT-nin xüsusi məruzəçisi: İsrailin Livana hücumları hərbi cinayətdir

BMT-nin xüsusi məruzəçisi həmçinin İsrailin Livana yönəltdiyi təcavüzkar hücumların BMT Nizamnaməsini, 1701 saylı qətnaməni və Livanın suverenliyini pozduğunu bildirib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Qanunsuz edamlarla bağlı məsələlər üzrə BMT-nin xüsusi məruzəçisi İsrailin Livanda mülki şəxslərə qarşı həyata keçirdiyi hücumları hərbi cinayət kimi qiymətləndirib.

BMT-nin xüsusi məruzəçisi həmçinin İsrailin Livana yönəltdiyi təcavüzkar hücumların BMT Nizamnaməsini, 1701  saylı qətnaməni və Livanın suverenliyini pozduğunu bildirib.

Livan Səhiyyə Nazirliyi isə dünən – cümə günü İsrail rejiminin atəşkəs razılaşmasının qüvvəyə minməsindən bəri Livana qarşı həyata keçirdiyi təcavüzkar hücumlar nəticəsində şəhid olanların və yaralananların sayına dair yeni statistika açıqlayıb.

Sizin rəyiniz

You are replying to: .
captcha