Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Qanunsuz edamlarla bağlı məsələlər üzrə BMT-nin xüsusi məruzəçisi İsrailin Livanda mülki şəxslərə qarşı həyata keçirdiyi hücumları hərbi cinayət kimi qiymətləndirib.
BMT-nin xüsusi məruzəçisi həmçinin İsrailin Livana yönəltdiyi təcavüzkar hücumların BMT Nizamnaməsini, 1701 saylı qətnaməni və Livanın suverenliyini pozduğunu bildirib.
Livan Səhiyyə Nazirliyi isə dünən – cümə günü İsrail rejiminin atəşkəs razılaşmasının qüvvəyə minməsindən bəri Livana qarşı həyata keçirdiyi təcavüzkar hücumlar nəticəsində şəhid olanların və yaralananların sayına dair yeni statistika açıqlayıb.
Sizin rəyiniz