4 noyabr 2025 - 14:28
Türkiyənin dəstəklədiyi Qolani terror qüvvələri Dəməşqi işğal etmiş İsrailə deyil Latakiyada 2 motosikletçiyə atəş açıb; Ələvi gənc öldürülüb

Latakiya yaxınlığındakı Cəblədəki yerli Suriya mənbələri Qolani qüvvələri tərəfindən iki nəfərin öldürüldüyünü və yaralandığını bildirib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əl-Məyadin Xəbər Agentliyinin məlumatına görə, eyni zamanda, Suriya İnsan Hüquqları Rəsədxanası Suriya mənbələrinə istinadən Suriyanın şimal-qərbindəki Latakiya əyalətinin Cəblə şəhərinin kənarında Qolani qüvvələri tərəfindən 25 yaşlı bir ələvi gəncin öldürüldüyünü, digərinin isə yaralandığını açıqlayıb.

Bu mənbələr bildirib ki, Colani vəhhabi terror qüvvələrinin maşını motosikletdəki iki gəncin hərəkətini dayandırıb və onların mobil telefonlarını və pullarını götürüb.

Mənbələr əlavə ediblər: Gənclərdən biri müqavimət göstərib onlara pulunu və mobil telefonunu verməkdən imtina etdikdə, Qolani qüvvələri onu güllələyərək öldürüb. Daha sonra Colani terror qüvvələri dostunun həyatını xilas etməyə çalışan başqa bir nəfəri də güllələyib yaralayıb.

Sizin rəyiniz

You are replying to: .
captcha