Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Şəhab Xəbər Agentliyinin məlumatına görə, Qəzzada yerləşən Rada Qüvvələri kimi tanınan müqavimət təhlükəsizlik qüvvələri sionist rejimi ilə əlaqəli şəxslərə qarşı son əməliyyatlarında onlardan beşini həbs edib. Və bir sıra hərbi texnika da aşkar edilərək müsadirə edilib.
Məlumata görə, həbs olunan ünsürlər sionist rejimin şəxslərindən biri olan Hissam Əl-Astal ilə əlaqəlidir.
Qeyd etmək lazımdır ki, Qəzza zolağında atəşkəs tətbiq edildikdən sonra bu zolaqda sabitlik yaratmaq məqsədi ilə Fələstin təhlükəsizlik qüvvələrinin sionist rejiminin muzdlularına qarşı əməliyyatları güclənib. Bu muzdluların missiyası xaos yaymaq və fələstinlilərə qarşı silahlı əməliyyatlar aparmaqdır.
            
            
                                        
                                        
                                        
                                        
Sizin rəyiniz