Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Venesuela prezidenti Nikolas Maduro "Rossiya Today" televiziyasına verdiyi müsahibədə ABŞ-ın ölkəyə qarşı artan təhdidlərinə cavab olaraq deyib: "Biz bütün məsələlərdə Rusiya hökuməti ilə gündəlik əlaqə saxlayırıq".
O, əlavə edib: "Rusiya ilə münasibətlərimiz sənaye və texnologiyadan tutmuş iqtisadiyyata və hərbi məsələlərə qədər bütün əsas sahələri əhatə edir. Bu əməkdaşlıq hörmət və qarşılıqlı fayda üzərində qurulub".
Maduro vurğulayıb: "Rusiya böyük bir dünya gücüdür və eyni zamanda Venesuela da daxil olmaqla istənilən ölkələrlə hörmətli münasibətlər qura bilər".
Rusiya Xarici İşlər Nazirliyinin Moskvanın mövcud təhdidlər fonunda Karakasın xahişlərinə cavab verməyə hazır olduğu barədə açıqlamasına gəldikdə isə, o dedi: "Bu doğrudur. Bu, belə olmalıdır: sülh, etimad və qardaşlıq".
            
            
                                        
                                        
                                        
                                        
Sizin rəyiniz