3 noyabr 2025 - 17:18
Əfqanıstanın Məzar-şərif şəhərində baş verən zəlzələ nəticəsində Göy Məscidin bəzi hissələri dağılıb

Rəvzəyi Şərifin təhlükəsizlik məsulları bildiriblər ki, bu gün səhər baş verən zəlzələ nəticəsində hərəmin və ya Göy Məscidin bəzi xarici hissələri uçub. Onların sözlərinə görə, məscidin bir hissə kaşıları və minarələri dağılıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İQNA - Beynəlxalq Quran Xəbər Agentliyinin verdiyi məlumata görə, bu gün səhər saatlarında Əfqanıstanın şimalında baş verən 6,3 bal gücündə zəlzələ nəticəsində Məzar-şərif şəhərində yerləşən, Həzrət Əliyə (ə) mənsub edilən Rəvzəyi Şərif hərəminin və ya Göy Məscidin xarici hissələrinə və fasadına zərər dəyib.

“RT” kanalının verdiyi məlumata görə, Rəvzəyi Şərifin təhlükəsizlik məsulları bildiriblər ki, bu gün səhər baş verən zəlzələ nəticəsində hərəmin və ya Göy Məscidin bəzi xarici hissələri uçub. Onların sözlərinə görə, məscidin bir hissə kaşıları və minarələri dağılıb.

Məlumata əsasən, Rəvzəyi Şərifin günbəzi və əsas sütunları zahirən zərər görməyib və salamatdır, lakin bu barədə mütəxəssislərin peşəkar rəy bildirməsi zəruridir.

Yerlı səhiyyə idarəsi bu gün bildirib ki, bazar ertəsi səhəri Məzar-şərif şəhərində baş verən 6,3 bal gücündə zəlzələdə yeddi nəfər həlak olub, 150 nəfər isə yaralanıb.

Avropa–Aralıq dənizi Seysmologiya Mərkəzi (EMSC), zəlzələlərin təsiri barədə məlumat verən avtomatik sistem, narıncı xəbərdarlıq yayıb. Bu xəbərdarlıq əhəmiyyətli itkilərin və daha genişmiqyaslı fəlakətin ehtimalını göstərir.

Həzrət Əlinin (ə) mübarək hərəmi — “Göy Məscid”, “Rəvzəyi Şərif”, “Ziyarət Əli” və ya “Ziyarət Səxiy” adları ilə tanınan bu məkan Əfqanıstanın Bəlx vilayətinin şimalında, Məzarşərif şəhərində yerləşir və ölkənin ən mühüm tarixi abidələrindən biri, həmçinin Əfqanıstanın şimalında Novruz bayramının əsas mərkəzidir.

Sizin rəyiniz

You are replying to: .
captcha