1 noyabr 2025 - 18:31
Qəzzada 20 min partlamamış bomba qalmaqdadır

Fələstin Muxtariyyətinin Qəzzadakı hökumətinin mətbuat ofisi: “Qəzzada 20 min partlamamış bomba qalmaqdadır.”

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA:  İRNA Xəbər Agentliyinin verdiyi məlumata əsasən, Fələstin Muxtariyyətinin Qəzzadakı hökumətinin mətbuat ofisi cümə günü bəyan edib ki, Qəzza zolağında hələ də 20 min partlamamış bomba mövcuddur.

Bildirilib ki, bu bombalar beynəlxalq qanunlara əsasən qadağandır və yüksək partlayıcı maddələrdən ibarətdir. Onlar uzun illər aktiv vəziyyətdə qala bilər və nəticədə saatlı bombaya çevrilirlər.

Qeyd edək ki, Qəzzadakı bu vəziyyət ictimai təhlükəsizliyə ciddi təhdid yaradır, bərpa işlərini və sakinlərin evlərinə qayıdışını çətinləşdirir.

Sizin rəyiniz

You are replying to: .
captcha