Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Rspublikası Prezidentinin birinci vitse-prezidenti Məhəmməd Rza Arif ölkənin müzakirə heyətinin fəaliyyətini yüksək qiymətləndirərək, müzakirə heyətinin rəhbəri Məhəmməd Baqirr Qalibaf başda olmaqla bütün üzvlərə təşəkkür edib və əldə olunan anlaşmaların qeyri-qanuni sanksiyaların aradan qaldırılmasına və davamlı razılaşmanın əldə olunmasına gətirib çıxaracağına ümid etdiyini bildirib.
Yenidənqurma Qərargahının iclasında çıxış edən Arif İmam Müctəba Xamenei həzərətlərini müharibədəki qələbə münasibətilə təbrik edərək deyib: Bu Rəhbərlik inqilabın şəhid İmamının yolunun davamıdır. Onun sözlərinə görə, bütün çətinliklərə və itkilərə baxmayaraq, ölkə dəqiq idarəçilik və düzgün tədbirlərlə yönləndirilib.
O, əlavə edib: Əldə olunan memorandumun yaxşı bir sazişə çevriləcəyinə, Qərbin utancverici sənədi kimi qiymətləndirdiyi sanksiya və mühasirələrin aradan qaldırılacağına ümid edir. O bildirib ki, ABŞ bu sanksiyaların, təcavüzün və bəşəriyyətə qarşı cinayətlərin əsas təşəbbüskarı olub, Avropa ölkələri isə Vaşinqtonun dəstəkləyicisi.
Arif vurğulayıb: ABŞ bizim 168 şagirdimizi şəhid etdi, lakin Qərbdə bununla bağlı heç bir reaksiya verilmir və insan hüquqları müdafiəçiləri susurlar. Halbuki Qərbdə bir uşağın başına hər hansı hadisə gəlsə, bütün dünyanı ayağa qaldırırlar.
Biz belə bir şəraitdə danışıqlar apardıq. Bəzilərinin təsəvvürü budur ki, biz yalnız mətni diktə etməliyik, qarşı tərəf isə onu yazmalıdır. Halbuki danışıqlar həm imkanlar baxımından qeyri-bərabər mühitdə, həm də mədəni və kimlik baxımından fərqli bir şəraitdə aparılıb.
Biz hesab edirik ki, sistemin və rəhbərliyin nəzərdə tutduğu strategiyaları həyata keçirə bildik və qarşıya qoyduğumuz məqsədlərə yaxınlaşdıq.
Sizin rəyiniz