28 oktyabr 2025 - 15:14
Tehranda ECO ölkələrinin daxili işlər nazirlərinin iclası keçirilir

Gündəlikdə təhlükəsizlik, hüquq-mühafizə, polis, sərhəd və şəhər əməkdaşlığı məsələləri, eləcə də şəhərlər arasında əlaqələrin inkişafı var.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Tehranda İran İslam Respublikasının möhtərəm Prezidentinin iştirakı ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) daxili işlər nazirlərinin dördüncü iclası başlayıb.

Tədbirdə Azərbaycan, Türkiyə, Pakistan, Tacikistan, Türkmənistan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və İranın nazirləri və yüksək səviyyəli nümayəndələri, həmçinin ECO-nun baş katibi, Oman daxili işlər naziri və İraq daxili işlər nazirinin müavini dəvətli qonaq qismində iştirak edirlər.

Gündəlikdə təhlükəsizlik, hüquq-mühafizə, polis, sərhəd və şəhər əməkdaşlığı məsələləri, eləcə də şəhərlər arasında əlaqələrin inkişafı var.

Sizin rəyiniz

You are replying to: .
captcha