Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İtaliyada yoxsulluq səviyyəsi Corcia Meloni kabineti dövründə son 10 ildə ən yüksək həddə çatıb.
Bu barədə "RIA Novosti" İtaliya nazirlikləri və statistika xidmətinin məlumatlarına istinadən məlumat yayıb.
Məlumata görə, Meloninin hakimiyyəti dövründə ölkədə mütləq yoxsulluq göstəricisi artıb. Hazırda ev təsərrüfatlarının 9.8%-i mövcud qiymətlərlə əsas mal və xidmətlər dəstini ala bilmir. Bu, 2014-cü ildən bəri ən yüksək göstəricidir.
Ev təsərrüfatlarının istehlak xərclərinin yoxsulluq həddindən aşağı düşdüyü nisbi yoxsulluq səviyyəsi son üç ildə əhalinin 14.9%-nə qədər yüksəlib ki, bu da 2017-ci ildən bəri ən yüksək səviyyədir.
Ölkədə, həmçinin əməkhaqqı da azalır. Son 3 ildə real ifadədə əməkhaqqı 4.3% azalıb.
Sizin rəyiniz