Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA Xəbər Agentliyinin verdiyi məlumata görə, Prezident Məsud Pezeşkian iki ölkə və iki xalq arasında qədim və səmimi münasibətlərin mövcudluğunu vurğulayaraq bildirib: İran və Oman arasındakı əlaqələr və qarşılıqlı münasibətlər həmişə qardaşlıq, qarşılıqlı hörmət və xoş niyyət prinsiplərinə əsaslanıb və eləcə də ki ölkə bölgədəki eniş-yoxuşlarda daim bir-birinin yanında olublar.
Məsud Pezeşkian bu gün, bazar ertəsi – 27 oktyabr 2025-ci il tarixində Omanın daxili işlər naziri Həmud bin Feysəl bin Səid əl-Busəidi ilə görüşündə deyib: “İran İslam Respublikası ilə Oman Sultanlığı arasında münasibətlər həmişə qardaşlıq, qarşılıqlı hörmət və xoş niyyət üzərində qurulub və iki ölkə bölgədəki hadisələrdə daim bir-birinin dayağı olub.”
Prezident Pezeşkian Oman Sultanlığının bölgədəki konstruktiv rolunu yüksək qiymətləndirərək bildirib: Omanın İran İslam Respublikası ilə əməkdaşlıq istiqamətindəki səyləri, xüsusilə Tehran və Vaşinqton arasında aparılan danışıqlara vasitəçilik və ev sahibliyi etməsi təqdirəlayiqdir. Onun sözlərinə görə, bu addımlar Omani rəsmilərinin müdrik və sülhpərvər yanaşmasının göstəricisidir.
Sizin rəyiniz