Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA Xəbər Agentliyinin verdiyi məlumata görə, HƏMAS-ın ali rəhbərlərindən Xəlil əl-Həyyə sionist rejimin müharibə zamanı elan etdiyi hədəflərə çata bilmədiyini vurğulayıb.
Bu barədə o açıqlama verərək bildirib: “Hərəkat atəşkəs razılaşması çərçivəsində bütün öhdəliklərinə əməl edib və düşmənin müharibəni yenidən başlatmaq üçün bəhanə tapmasına yol verməyəcək.”
Qəzzada HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri Xəlil əl-Həyyə “Əl-Cəzirə” telekanalına müsahibəsində qeyd edib ki, sionist rejim uzunmüddətli hərbi əməliyyatlar ərzində heç bir məqsədinə nail ola bilmədi.
O əlavə edib: HƏMAS toqquşmaların yenidən baş verməməsi üçün bütün səylərini davam etdirəcək.
Əl-Həyyə, ABŞ administrasiyasının son bəyanatlarına münasibət bildirərək deyib: “ABŞ Prezidenti Donald Tramp və Vaşinqton rəsmiləri müharibənin başa çatdığını təsdiqləyiblər və bu istiqamətdə sabitliyin qorunması vacibdir.”
Sizin rəyiniz