Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: BMT-də İranın daimi nümayəndəsi və səfiri Əmir Səid İrəvani bildirib: Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi təcavüzkar hərəkətlər və onun mexanizmlərindən siyasi məqsədlərlə sui-istifadə nəticəsində ciddi sınaq qarşısında qalıb.
O vurğulayıb ki, Təhlükəsizlik Şurası öz məsuliyyətini qərəzsiz, səmərəli və seçici yanaşmadan uzaq şəkildə yerinə yetirməlidir və heç bir üzv dövlət – hətta güclü dövlət belə – bu qurumdan siyasi və ya birtərəfli məqsədlər üçün sui-istifadə edə bilməməlidir.
İrəvani qeyd edib: 2025-ci il iyunun 13-də İsrail rejimi ABŞ-nin birbaşa dəstəyi və iştirakı ilə İran İslam Respublikasına qarşı heç bir təhrik olmadan genişmiqyaslı hərbi hücuma başlayıb. Onun sözlərinə görə, Şuranın belə açıq hüquq pozuntularına qarşı susması və hərəkətsizliyi təkcə təcavüzkarları daha da cəsarətləndirmir, həm də BMT Nizamnaməsinin əsas prinsiplərini ciddi şəkildə zəiflədir.
Diplomat əlavə edib: Eyni dərəcədə narahatedici digər məsələ Avropa üçlüyü adlanan ölkələrin – ABŞ-nin təzyiqi və təsirii altında – Təhlükəsizlik Şurasının səlahiyyətlərindən bilərəkdən sui-istifadə etməsidir. Onların 2231 (2015) saylı qətnamə çərçivəsində “snapback” mexanizmini işə salmaq cəhdi – İranla bağlı artıq ləğv edilmiş sanksiya qətnamələrinin yenidən tətbiqini hədəfləyən əsassız və qanunsuz addım idi. Bu addım həm 2231 saylı qətnamənin, həm də Birgə Hərtərəfli Fəaliyyət Planının mətni və ruhu ilə ziddiyyət təşkil edir.
İrəvani vurğulayıb: Bu siyasi və qərəzli addım Təhlükəsizlik Şurasının bir sıra üzvləri, o cümlədən iki daimi üzvü (Çin və Rusiya), eləcə də daha geniş beynəlxalq ictimaiyyət – xüsusilə Qoşulmama Hərəkatına üzv 121 ölkə tərəfindən qəti şəkildə rədd edilib. Buna görə də bu təşəbbüs heç bir hüquqi qüvvəyə malik deyil və tamamilə etibarsız sayılır.
Sizin rəyiniz