22 oktyabr 2025 - 17:22
İran İslam Respublikası Futbol Federasiyası sionist rejimin Fələstinə hücumunu pisləyib

İİR Futbol Federasiyası bəyanat yayaraq, sionist rejimin məzlum Fələstin xalqına qarşı son hücumlarını bəşəri və idman dəyərləri ilə ziddiyyət təşkil edən qeyri-insani bir hərəkət adlandırıb və bu cinayətlərə dərhal son qoyulmasının vacibliyini vurğulayıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA Xəbər Agentliyinin verdiyi məlumata görə, sionist rejimin Fələstinin müxtəlif bölgələrinə hücumlarının güclənməsi və çoxlu sayda müdafiəsiz insanın şəhadətə yetirilmələrindən sonra İran İslam Respublikası Futbol Federasiyası rəsmi bəyanat yayaraq, bu qeyri-insani hərəkəti qəti şəkildə pisləyib.

Bəyanatda deyilir: İranın futbol ictimaiyyəti günahsız Fələstin xalqına qarşı törədilən bu vəhşi cinayətləri pisləyir və məzlum və müqavimətçi Fələstin xalqını dəstəklədiyini bəyan edir.

Sizin rəyiniz

You are replying to: .
captcha