Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA Xəbər Agentliyinin verdiyi xəbərə görə, İran İslam Respublikasının Səhiyyə Naziri Məhəmmədrza Zəfərqəndi beynəlxalq sanksiyaların ictimai sağlamlıq üzərindəki fəlakətli nəticələri ilə bağlı yayımladığı bəyanatda xəbərdarlıq edərək, sanksiyaları “səssiz sağlamlıq böhranı” adlandırıb.
Nazir bildirib ki, bu sanksiyalar mülki insanların həyatını birbaşa təhlükə altına alır və beynəlxalq ictimaiyyətdən təcili hərəkətə keçməyi tələb edib.
Bəyanatda qeyd olunur: “Sanksiyaların səbəb olduğu insan tələfatı müharibələrdəki itkilərlə müqayisə oluna bilər, bəzən isə onları da ötür. COVID-19 pandemiyası dövründə vaksinlərə və dərmanlara qeyri-bərabər çıxış bu faciənin yalnız görünən hissəsi idi. Bu gün isə xərçəng xəstələri yarımçıq qalan müalicələrlə üzləşir, səhiyyə sistemləri dializ və KT aparatları üçün ehtiyat hissələri tapmaqda çətinlik çəkirlər.”
Bəyanatda daha sonra vurğulanır: “Bunlar texniki problemlər deyil, hətta humanitar məqsədli istisnaları da pozan maliyyə və bank məhdudiyyətlərinin birbaşa nəticələridir.”
Sizin rəyiniz