18 oktyabr 2025 - 19:59
Faşist sionist rejimin pilotsuz təyyarələrinin Livanın cənubuna hücumu nəticəsində bir livanlı sivil şəhid olub

Livan mənbələri qaniçən sionist rejimin Livanın cənubuna təşkil etdiyi yeni pilotsuz təyyarə hücumu nəticəsində bir nəfərin şəhid olduğunu bildirib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əl-Nəşrə Xəbər Agentliyinin məlumatına görə, Livanın Səhiyyə Nazirliyi bildirib ki, Qüdsü işğal etmiş sionist rejimin pilotsuz təyyarə ilə Livanın cənubunda həyata keçirtdiyi hücumu nəticəsində bir ölkə vətəndaşı şəhid olub.

Livanın Səhiyyə Nazirliyinə bağlı Təcili Tibbi Yardım Mərkəzi düşmən İsrail rejiminin Livanın Tir bölgəsindəki Dir Kifiya qəsəbəsinə hücumu zamanı bir nəfərin şəhid olduğunu açıqlayıb.

Livanın cənubuna hücumlar və atəşkəs rejiminin dəfələrlə pozulması bu qaniçən rejim üçün gündəlik rutinə çevrilib.

Qeyd edək ki, İsrailin bir neçə gün əvvəl Livanın cənubundakı Əl-Musileh bölgəsinə hücumu zamanı buldozerlər və ekskavatorlar da daxil olmaqla 300-dən çox yol tikintisi və tikinti texnikası məhv edilib.

Sizin rəyiniz

You are replying to: .
captcha