14 oktyabr 2025 - 18:16
Əraqçi: Tramp ya sülhün prezidenti ola bilər, ya da müharibənin – eyni anda hər ikisi ola bilməz

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İranın xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün, oktyabrın 14-də ABŞ prezidentinin dünən Knessetdə və Şarm əş-Şeyxdə səsləndirdiyi açıqlamalara cavab olaraq, “X” sosial şəbəkəsindəki hesabında yazıb: Cənab Tramp ya sülhün prezidenti ola bilər, ya da müharibənin – eyni anda hər ikisi ola bilməz.

İRNA-nın Xarici Siyasət şöbəsinin məlumatına görə, Əraqçi bildirib: İndi tam aydın olub ki, ABŞ Prezidenti bu ilin yazında İranın dinc nüvə proqramını guya silahlanma ərəfəsində göstərən yanlış məlumatların təsiri altına düşüb. Bu, tamamilə böyük bir yalandır və ona bildirilməli idi ki, bu barədə heç bir dəlil yoxdur. ABŞ-nin öz kəşfiyyat qurumları da bunu təsdiqləyib.

Nazir əlavə edib: ABŞ Prezidenti Ağ Evə daxil olarkən, İsrail rejiminin Amerika prezidentlərinə qarşı illərlə davam edən saxtakarlıqlarına son qoyacağına və ABŞ ordusunu sonsuz müharibələrə cəlb etməyəcəyinə söz vermişdi. Həmin müharibələr elə o müharibə təhrikçiləri tərəfindən planlaşdırılmışdı ki, illərdir ABŞ-İran nüvə diplomatiyasını da pozmağa çalışıblar.

Əraqçi, birbaşa Donald Trampa müraciətlə xatırladıb:

Cənab Prezident, Yaxın Şərqdəki əsl zorakı və təcavüzkar elə o oyunçudur ki, parazitik həyat tərzi ilə uzun müddətdir ABŞ-ni də öz təsiri altına alıb və ondan istifadə edir.

O əlavə edib: Bundan başqa, sual yaranır: İran xalqı necə inana bilər ki, zeytun şaxəsini (sülh) uzadan şəxs elə bir adamdır ki, cəmi dörd ay öncə İranda evləri və yaşayış məhəllələrini bombalayaraq minlərlə insanın – o cümlədən qadın və uşaqların – həyatına son qoyub? Belə biri necə sülh prezidenti adlana bilər, halbuki o, bitməyən müharibələri alovlandırır və müharibə cinayətkarlarının yanında dayanır? Cənab Tramp ya sülhün prezidenti ola bilər, ya da müharibənin – eyni anda hər ikisi ola bilməz.

İranın xarici siyasət rəhbəri sonda qeyd edib:

İran hər zaman qarşılıqlı hörmətə əsaslanan diplomatik dialoqa açıq olub. İran xalqı – qədim və zəngin bir sivilizasiyanın layiqli varisləri – xoş niyyətə xoş niyyətlə cavab verir. Lakin eyni zamanda biz çox yaxşı bilirik ki, zülm və təzyiq qarşısında necə dayanmaq və müqavimət göstərmək lazımdır. Bu, elə həmin acı dərsdir ki, Tel-Əvivin müharibə təhrikçiləri öz təcrübələrindən başa düşdülər.

Sizin rəyiniz

You are replying to: .
captcha