14 oktyabr 2025 - 18:25
Hafiz – “İran və Türkiyə Mədəniyyət İli”nin başlanğıcı

İranın mədəniyyət naziri Seyid Abbas Salehi bildirib: 2025-ci ilin “İran və Türkiyə Mədəniyyət İli” adlandırılması ilə əlaqədar iki ölkə arasında münasibətlərin daha da genişlənməsi və bu istiqamətdə addımların atılması, İranın 14-cü hökumətinin qonşu ölkələrlə daha geniş əlaqələr siyasətinə töhfə verəcək.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: IRNA-nın məlumatına görə, Salehi bu fikirləri Hafiz Şirazinin xatirəsinə həsr olunmuş mərasimdə iştirak etmək üçün Türkiyəyə səfəri zamanı səsləndirib. O qeyd edib: 2025-ci il “İran və Türkiyə Mədəniyyət İli” kimi müəyyən olunub və bu barədə iki ölkə arasında razılıq əldə edilib.

Nazirin sözlərinə görə, İranda və regionda baş verən hadisələrə görə proqramların başlanması bir qədər gecikib, lakin Hafizin anım günü münasibətilə Türkiyədə müxtəlif tədbirlər planlaşdırılıb. Bu tədbirlər çərçivəsində Hafiz yaradıcılığı ilə bağlı elmi sessiyaların keçirilməsi və İran Milli Musiqi Orkestrinin “İran alətləri qrupu”nun çıxışı nəzərdə tutulub.

Salehi əlavə edib: Səfər çərçivəsində Türkiyə rəsmiləri və mədəniyyət xadimləri ilə görüşlər, ölkənin bəzi mədəniyyət mərkəzlərinə baxış, Türkiyədə fəaliyyət göstərən İran mədəniyyət müəssisələri və iranşünaslarla görüşlər də keçiriləcək.

İranın mədəniyyət naziri sonda vurğulayıb: Ümidvarıq ki, bu münasibətlər daha da inkişaf edərək genişlənəcək, həmçinin 14-cü hökumətin qonşularla əlaqələrin gücləndirilməsi siyasətinə ciddi dəstək verəcək.

Sizin rəyiniz

You are replying to: .
captcha