Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi –ABNA: Qətərin Əl-Cəzirə kanalı bazar ertəsi səhər İslami Müqavimət Hərəkatı HƏMAS və faşist İsrail rerjim arasında məhbus mübadiləsi əməliyyatının başladığını elan edib. Qırmızı Xaç Cəmiyyəti 7 İsrailli əsiri təhvil verdiyini və atəşkəs razılaşmasına uyğun olaraq fələstinli məhbusların azad edilməsi prosesini asanlaşdıracağını açıqlayıb. Məhkumların azad edilməsinin ikinci mərhələsi yerli vaxtla saat 10:00-da başlayıb. Məhbus mübadiləsi Qəzzanın şimalında sərt təhlükəsizlik tədbirləri altında başlayıb və azad edilən yeddi israilli məhbus Salah əd-Din küçəsini keçərək Kissufim keçidinə, sonra isə Riim bazasına köçürülüb.
Sizin rəyiniz