Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Fars Xəbər Agentliyinin Hövzə və Universitetlər Qrupunun müxbirinin verdiyi məlumata görə, İmam Zaman Həzrətlərinin (Allah Təala Onun şərəfli gəlişini tezləşdirsin) Haqq Naibi olan Ümümdünya Müsəlmanlarının Ali Məqamlı Lideri, Həzrət Ayətullah Xamenei (Allah onu qorusun) ilk dəfə 2010-cu il fevralın 19-da nüvə silahından istifadənin icazəli olmadığını bildirərək, öz tarixi fətvasını rəsmi olaraq bəyan edib:
“Biz atom bombası məsələsini qəbul etmirik, atom silahı əldə etməyə də etiqadımız yoxdur, bu işin (nüvə silahı əldə etməyin) dalınca da getməyəcəyik. Bizim əqidəmizə və dini inancımıza görə bu cür kütləvi qırğın vasitələrindən istifadə etmək qəti qadağandır və haramdır; Çünki bu, Quranın qadağan etdiyi yerin və insan nəslinin məhv edilməsidir; Biz bunun (atom silahı əldə etməyin) arxasınca getmirik. Biz hakim güclərin həqiqətən qorxmalı olduğu bir şeyin arxasınca gedirik və mən inanıram ki, onlar hələ də bundan qorxurlar və bu, onların bütün müsəlman ümmətində İslam dastanı və ləyaqət ruhunun oyanmasından qorxmalarıdır. Biz bunu (İslam dastanı və ləyaqət ruhunu oyatmağı) edəcəyik; qoy bunu bilsinlər. (Cəmaran esminesinin tikintisində iştirak edənlərlə görüşdəki bəyanat)”
İmam Xamenei həzrətləri, 2025-ci il sentyabrın 2-də televiziya ilə son çıxışında İslam Respublikasının nüvə tərəqqisini tənzimləyən doktrinanın nüvə silahı istehsalına mane olduğu məqamını da vurğulamışdır.
Bu barədə Həzrət Ayətullah Xamenei buyurmuşdur: “Bu bizik ki, nüvə bombamız yoxdur, olmayacaqdır və nüvə silahından istifadə etmək niyyətimiz də yoxdur”.
Bunun ardınca İran İslam Respublikasında nüvə silahlarını qadağan edən fətvanın ilk rəsmi elanından sonra bəzi Şiə Dünyasının Ali Təqlid Mərcələri bu fitvanı dəstəklədilər və bu fitvanın həqiqi İslamın humanitar təlimlərindən qaynaqlandığını hesab etdilər.
2013-cü ilin qışında Ayətullah Məkarim Şirazi Atom Enerjisi Təşkilatının o vaxtkı rəhbəri Əli Əkbər Salehi ilə görüşündə belə demişdi:
“Nüvə məsələsi bizə aydındır və İnqilabın Ali Rəhbərinin nüvə silahının qadağan edilməsi haqqında buyurduğu kimi; Mən də bir dini Ali Təqlid Mərcəsi olaraq nüvə silahının müzakirəsini haram hesab edirəm və Qərb dünyasının bununla bağlı qaldırdığı müzakirələr sadəcə illüziya və fantaziyadır.”
Ayətullah Abdullah Cavadi Amoli 19 fevral 2014-cü ildə keçirilən Nüvə Hüququ Konfransına videomüraciətində vurğulamışdır:
“Kütləvi qırğın silahına sahib olmaq dində tamamilə haramdır və sizin Qərbdə müşahidə etdiyiniz, təəssüf ki, yetmiş milyondan çox insanın həlak olduğu Birinci və İkinci Dünya müharibələridir; indi demokratiyadan, azadlıqdan, insan haqlarından danışırlarsa, bunun səbəbi çoxlarının əli atom bombasının tətiyində olmasıdır və əgər Allah eləməsin, üçüncü dünya müharibəsi başlasa, yer üzündə heç kim sağ qalmayacaq. Ona görə də dinin rəsmi mesajı budur ki, birincisi kütləvi qırğın silahı istehsal edilməməlidir, ikincisi isə, istehsal edilən atom bombaları məhv edilməlidir.”
Ayətullah Cəfər Sübhani də bu konfransa göndərdiyi mesajda belə buyurublar:
“İslam cihadla bağlı məsələdə buyurur ki, azadlığa yol açmaqda heç vaxt haram vasitələrdən istifadə etmə, məsələn, düşmənin suyunu bağlama və onların suyunu çirkləndirib zəhərləmə, qocaya və ibadət əhlinə hücum etmə, sənə arxa çevirib qaçanın arxasınca getmə, düşmənə məsələni izah edənə qədər əsla cihada başlama. Əgər düşməndən kimsə Allahın kəlamını eşitmək üçün sığınacaq istəsə, ona sığınacaq ver.”
Mesajının başqa bir hissəsində Ayətullah Cəfər Sübhani, vurğuladı:
“Ümid edirik ki, hökumətlər bu dağıdıcı silahdan istifadə etməyə əl atmayacaq və sahiblərini bu silahları məhv etməyə və dünyanı bu silahların dəhşətindən xilas etməyə məcbur etməyə çalışacaq və hökumətlər sülh, təhlükəsizlik və sağlamlıq carçıları olacaqlar.”
Ayətullah Hüseyn Nuri Həmədani 2010-cu il aprelin 18-də İslam İnqilabı Keşikçiləri Korpusunun bir qrup komandiri ilə keçirdiyi görüşdə Tehranda Beynəlxalq Nüvə Silahsızlanması Konfransının keçirilməsinə toxunaraq bildiriblər:
“Nüvə enerjisi hamı üçün, nüvə silahı isə heç kim üçün şüarı əsas şüardır. Allah bu dünyada bütün insanların istifadə etmək hüququ olan bir çox nemətlər yerləşdirmişdir. Haq ədalət deməkdir və ədalət deyir ki, dünyada bütün insanların dinc nüvə enerjisindən istifadə etmək hüququ var. İnsanlar dinc nüvə enerjisindən tibb və sənaye kimi öz maraqları üçün istifadə edə bilərlər, lakin nüvə silahından istifadə qadağandır.”
Mərhum Ayətullah Seyyid Məhəmməd Əli Ələvi Qorqani 2012-ci il iyunun 13-də Press TV-yə verdiyi müsahibəsində buyurmuşdur:
“Başqa ölkələrdə cəmiyyətin siyasi rəhbərliyi dini rəhbərlikdən ayrıdır, bizdə isə Ali Rəhbər siyasi mövqeyi ilə yanaşı, hərtərəfli Müctəhid və hüquqşünasdır; O cənabın tərəfindən atom bombalarından istifadə edilməsinin və istehsal olunmasının qadağan edilməsi siyasi deyil, fiqhi yönü var... Bu hökm dinin zərurətlərindəndir və bu əməlin haramlığı Quranda açıqlanmışdır... Əgər bir iş görülsə və çoxlu sayda insan və digər canlılar məhv olsa, bundan böyük ədalətsizlik nə ola bilər; Bu silah sosial sahəyə vurduğu dağıdıcı təsirlərlə yanaşı, təbiət aləminə də problemlər yaradır və onun dağıdıcı təsirləri illər, hətta gələcək nəsillərdə də müşahidə olunacaq.”
Mərhum Ayətullah Seyyid Məhəmməd Əli Ələvi Qorqani, Əmirəl-möminin (ə) döyüşlərindən birinə işarə edərək, İmamın öz qoşunlarına düşmənin suyunu kəsməsinə icazə vermədiyinə işarə edərək əlavə ediblər: “Hətta müharibənin xüsusi şəraitində belə, İslam bizə düşmənin həyat mənbəyini məhv etməyə icazə vermir; İslamın düşmənin su təchizatının kəsilməsinə baxışı belə olduqda, müharibədə nüvə silahından istifadənin də qəti qadağan olduğu şübhəsizdir.”
Sizin rəyiniz