Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi –ABNA: HƏMAS-ın hərbi qanadı əsir mübadiləsi razılaşmasının birinci mərhələsini həyata keçirdikdən sonra alovlu bəyanat yayaraq, İsrailin hərbi strategiyasının uğursuzluğunu ifşa edib və müqavimətin öz möhkəmliyi və fədakarlığı ilə düşməni danışıqlar masası arxasına gətirdiyini vurğulayıb.
HƏMAS-ın hərbi qanadı olan Əl-Qəssam Briqadaları bu bazar ertəsi səhər məhbus mübadiləsinin ilk mərhələsində 7 sionist məhbusu Qırmızı Xaç Cəmiyyətinə təhvil verdikdən sonra bəyanat yayıb.
Bəyanatda deyilir: Əldə olunan razılaşma millətimizin əzmkarlığının və müqavimətinin mübarizəsinin bəhrəsidir. İşğalçının da ona əməl etməsi şərti ilə əldə edilmiş razılaşmaya və onunla bağlı qrafiklərə sadiq olduğumuzu bəyan edirik.
Bəyanatın davamında deyilir: Düşmən üstün zəkasına və böyük qüdrətinə baxmayaraq, hərbi təzyiq yolu ilə əsirlərini geri qaytara bilmədi və müqavimətin əvvəldən vəd etdiyi kimi, indi təslim oldu və mübadilə müqaviləsi ilə əsirlərini geri qaytarır.
HƏMAS-ın hərbi qanadı bəyan edib ki, “nasist işğalçısı əsirlərinin əksəriyyətini aylar əvvəl sağ-salamat geri qaytara bilərdi, lakin onun ordusu inadkarlıq və süründürməçilik sayəsində uğursuz hərbi təzyiq siyasəti nəticəsində onlarla insanı öldürməyə üstünlük verdi”.
Sizin rəyiniz