9 oktyabr 2025 - 07:01
Barizani: Kürdüstan regionu heç vaxt İran üçün təhlükə olmayacaq

İraq Kürdüstanı Bölgəsinin prezidenti İran İslam Respublikası ilə əlaqələrin əhəmiyyətini vurğulayaraq, Tehrana son səfərindən sonra iki tərəf arasında əlaqələrin yeni və konstruktiv mərhələyə daxil olduğunu elan edib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Şəfəq Nyus Xəbər Agentliyinin məlumatına görə, İraq Kürdüstanı Bölgəsinin sədri Neçirvan Barizani çərşənbə gecəsi Ərbildə keçirilən “Qərbi Asiya Konfransı” zamanı regionun İranla əlaqələrini “pozitiv və fərqli” adlandırıb və deyib:

“Kürdüstan bölgəsi ilə İran arasında iki yol var; birincisi, İran bizim qonşumuzdur və bizim onunla uzun sərhədimiz var. Biz heç vaxt Tehranla münasibətlərimizin korlanmasını istəməmişik. Eyni zamanda, biz İran üçün təhlükə deyilik və region ərazisində qonşu dövlətlərə qarşı hər hansı düşmənçiliyin formalaşmasını istəmirik. Bizim siyasətimiz böhranların və problemlərin tərkib hissəsi deyil, regionda sülh prosesində təsirli olmaqdır.”

O, Ərbil və Tehran arasında iqtisadi əlaqələrə toxunaraq əlavə edib: “İran və Kürdüstan bölgəsi arasında təxminən 11 milyard dollarlıq ticarət mübadiləsi var. Keçən il İrana səfərimdən sonra iki tərəf arasında münasibətlərdə yeni səhifə açıldı və İran prezidenti də bölgəyə gəldi. Fikrimcə, bizimlə Tehran arasındakı münasibətlərdə bu inkişaf çox müsbət oldu.”

Barizani bir daha vurğulayıb: “İran mühüm ölkədir və biz İslam Respublikası ilə əlaqələri mümkün qədər genişləndirmək istəyirik. Kürdüstan bölgəsi heç vaxt İran İslam Respublikası üçün təhlükə mənbəyi olmayacaq. Çünki İran çətin günlərdə bizə kömək edib və bizim üçün önəmli qonşu ölkədir.”

O, vurğulayıb: “Hesab edirəm ki, Ayətullah Xamenei ilə görüşümdən sonra iki tərəf arasında münasibətlərin növü və səviyyəsi xeyli yaxşılaşıb.”

Sizin rəyiniz

You are replying to: .
captcha