9 oktyabr 2025 - 06:37
İspaniya parlamenti İsrailə qarşı silah embarqosunu təsdiqlədi \ Bakı isə sionist rejimini neftlə təmin etməkdə israrlıdır

İspaniya parlamenti 178 səs çoxluğu ilə sionistlərə silah embarqosu tətbiq edən qanunu təsdiqləyib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Sionist media orqanı Yediot Aharonotun məlumatına görə, İspaniya parlamenti 178 səs çoxluğu ilə sionist işğalçılara silah embarqosu tətbiq edən qanunu təsdiqləyib.

Bir ay əvvəl İspaniyanın baş naziri Pedro Sançes "Qəzzada soyqırımı dayandırmaq və Fələstin xalqına dəstək olmaq üçün" tədbirlər görəcəyini açıqlamış və "İsrail ordusuna kömək edən" yanacaq gəmilərinin ölkə limanlarına yanaşmasına icazə verilməyəcəyini bildirmişdi.

İspaniyanın xarici işlər naziri Xose Manuel Alvares də daha əvvəl demişdi: "Fələstin xalqı üçün ədalət və sülh əldə olunmayana qədər biz heç vaxt səylərimizi dayandırmayacağıq. Qəzzada məzlumlara dəstək olaraq bu ölkə xalqının iradəsinə uyğun hərəkət edirik. İspaniyanın Təl-Əvivdəki Konsulluğu Azadlıq Donanmasının tərkibində saxlanılan bu ölkə vətəndaşlarına dəstək üçün tədbirlər görür.”

İspaniyanın hakim partiyasının üzvü: Beynəlxalq ictimaiyyət İsrailə qarşı hərəkətə keçməlidir.

Bununla bağlı İspaniyanın hakim partiyasının tanınmış simalarından olan “Hana Moro” “Əl-Cəzirə”yə eksklüziv müsahibəsində deyib: “Beynəlxalq hüququn effektiv şəkildə həyata keçirilməməsi İsrailin heç bir məsuliyyət daşımadan qanunsuz əməllərini davam etdirməsinə səbəb olub. Beynəlxalq ictimaiyyət bununla bağlı addım atmalı, biganəliyə son qoymalıdır.”

O əlavə edib: “İsrail hökuməti Fələstin dövlətinin qurulmasında kökündən maraqlı deyil və işğal və repressiya siyasətini davam etdirir.”

Moro Birləşmiş Millətlər Təşkilatını İsrailə və onun tərəfdarlarına təzyiq göstərməkdə öz rolunu oynamağa çağırmaqda davam edərək deyib ki, yalnız ciddi beynəlxalq tədbirlərlə bölgədə ədalətli sülh prosesinə ümid edə bilərik.

Sizin rəyiniz

You are replying to: .
captcha