Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Fələstinin İslami Hərəkatının (Həmas) nümayəndəisi Xalid Qədumi bu gün səhər, çərşənbə günü, "İran Həmdaş" milli tədbirində, İmam Xomeyninin (r.ə) Hüseyniyyəsində keçirilən tədbirdə, İran Lideri, xalqı və hökumətinə Qəzza xalqı və Fələstinin müqavimətinə verdikləri dəstəyə görə təşəkkür edib.
Qədumi, "Əqsa tufanı" əməliyyatının ildönümünü qeyd edərək, bu əməliyyatı möminlərin şərəf günü və sionist rejiminin məhvinin başlanğıcı kimi təsvir edərək belə deyib:
"İran lideri Seyid Əli Xamenei, həmçinin şərəfli İran xalqına təşəkkür edirəm ki, həmişə zəiflər, Qəzza, Livan və Yəmən xalqı ilə birgə olub. Bu xalq, öz müqəddəs və əziz qanını Fələstinlilərin qanı ilə birləşdirib. Siz müqavimətin və bölgənin gələcəyinin tərəfdaşısınız."
Sizin rəyiniz