2 oktyabr 2025 - 11:51
Rəsmi Tehran ICAO-nun beynəlxalq iclasında faşist İsr@il rejiminin məsuliyyətə cəlb edilməsini tələb edib

İran İslam Respublikasının nümayəndələri ICAO və Çikaqo Konvensiyasına üzv ölkələrə müraciət edərək, İsrailin beynəlxalq öhdəlikləri pozan addımlarına görə rəsmi şəkildə qınanmasını və məsuliyyətə cəlb edilməsini tələb ediblər.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının nümayəndə heyəti Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) beynəlxalq toplantısında çıxış edərək, 12 günlük müharibə zamanı s@onist rejimin İran İslam Respublikasının mülki aviasiya infrastrukturuna qarşı törətdiyi hücumları qətiyyətlə pisləyib.

İRNA-nın məlumatına görə, İran İslam Respublikasının nümayəndələri ICAO və Çikaqo Konvensiyasına üzv ölkələrə müraciət edərək, İsrailin beynəlxalq öhdəlikləri pozan addımlarına görə rəsmi şəkildə qınanmasını və məsuliyyətə cəlb edilməsini tələb ediblər.

Rəsmi Tehranın ICAO-dakı nümayəndəsi, İran Mülki Aviasiya Təşkilatının Uçuş Standartları üzrə sədr müavini Məcid Əxlaqi bu barədə bildirib:

Bu gün biz aviasiyanı sülh və rifah üçün bir vasitə kimi yenidən tanımalı və bunu açıq şəkildə qeyd etməliyik. Bu yanaşma eyni zamanda ondan ibarətdir ki, ICAO Assambleyası Çikaqo Konvensiyasının müdafiəsi istiqamətində zəruri tədbirlər görməli və bu sənədi pozan tərəflər — o cümlədən si@nist rejim — beynəlxalq hüquqa əsasən məsuliyyətə cəlb olunmalıdır.

Sizin rəyiniz

You are replying to: .
captcha