1 oktyabr 2025 - 14:52
Zaxarova: Moldovada seçkilər Qərb üçün böyük uğursuzluq oldu

Mariya Zaxarova Sputnik radiosuna müsahibəsində Moldovada keçirilən son parlament seçkilərinə münasibət bildirərkən, bu seçkilərin Qərb ölkələri üçün təkcə rüsvayçılıq deyil, həm də böyük məğlubiyyət və uğursuzluq olduğuna diqqət çəkib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Moldovada keçirilən son parlament seçkiləri ilə bağlı bildirib ki, bu seçkilər Qərb ölkələri üçün böyük məğlubiyyət və uğursuzluqdur.

İRNA-nın məlumatına görə, Mariya Zaxarova Sputnik radiosuna müsahibəsində Moldovada keçirilən son parlament seçkilərinə münasibət bildirərkən, bu seçkilərin Qərb ölkələri üçün təkcə rüsvayçılıq deyil, həm də böyük məğlubiyyət və uğursuzluq olduğuna diqqət çəkib.

O, bu barədə belə deyib: "Mən bu seçkilərlə bağlı müxtəlif fikirlər oxudum. Bəziləri anti-Qərb qüvvələrinin məğlubiyyətindən, bəziləri isə Qərb qüvvələrinin qələbəsindən danışır. Amma hesab edirəm ki, bu, Qərb üçün böyük məğlubiyyətdir".

Sizin rəyiniz

You are replying to: .
captcha