Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiyan 23 sentyabr 2025-ci il tarixində BMT-nin 80-ci Ümumi Assambleyasının iclasında iştirak və çıxış etmək məqsədilə Nyu Yorka səfər etmişdi.
İRNA-nın məlumatına görə, Prezident Dk. Pezeşkiyan, bu iclasda İran İslam Respublikasının mövqelərini təqdim etdikdən və 9 ölkə və beynəlxalq təşkilatın lider və rəsmiləri ilə görüşlər keçirdikdən sonra, Nyu Yorkdan İrana yola düşüb.
İran İslam Respublikasının Prezidenti bu səfər zamanı Fransa, İsveçrə, Finlandiya, Boliviya, İraq prezidentləri, Norveçin baş naziri, Küveytin vəliəhdi, BMT Baş katibi və Avropa İttifaqı Şurasının rəhbəri ilə görüşərək danışıqlar aparıb.
Həmçinin, Pezeşkian ABŞ-də fəaliyyət göstərən bir sıra düşüncə mərkəzlərinin üzvləri, media məsulları, müharibəyə qarşı hərəkat fəalları, düşüncə adamları və ABŞ-də yaşayan seçilmiş İranlılarla da görüşlər keçirib.
Sizin rəyiniz