Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: BƏƏ, Şəbva və Hadramautdakı keçmiş hərbi bazalarını Vaşinqton və Təl-Əvivə bağlı kəşfiyyat mərkəzlərinə çevirərək, Yəmənə qarşı yeni casusluq planlarında mühüm rol oynayır.
Livanın Əl-Əxbar qəzeti Sənadakı kəşfiyyat mənbələrinə istinadən xəbər verir ki, ABŞ və faşist İsrail rejimi Ənsarullah hərəkatına qarşı kəşfiyyat əməliyyatları aparmaq üçün Qırmızı dənizdə və Həniş arxipelaqının bir hissəsində yerləşən Zuqar adasında Birləşmiş Ərəb Əmirlikləri qüvvələrinin idarə etdiyi əməliyyat otaqlarını işə salıb.
BƏƏ də Yəmən qüvvələrinin faşist İsrail rejiminə və ya onun Qırmızı dənizdəki gəmilərinə qarşı hər hansı raket və pilotsuz təyyarə hücumlarını izləmək üçün bu struktura erkən xəbərdarlıq mərkəzi əlavə edib. Zuqar adası indi qabaqcıl monitorinq və kəşfiyyat toplama mərkəzinə çevrilib.
Bundan əlavə, BƏƏ-nin 2021-ci ilin əvvəlində “terrorla mübarizə” adı altında kəşfiyyat birliyi olaraq qurduğu və ABŞ Mərkəzi Komandanlığı adından Yəmənin qərb sahillərində əməliyyatlar həyata keçirən “400” adlanan qüvvə də bir müddət əvvəl yenidən aktivləşdirilib. Bu addım Vaşinqtonun Yəmənin Qəzza zolağına dəstəyini zəiflətmək səylərinin bir hissəsidir.
Yəmənin Daxili İşlər Nazirliyi də iki gün əvvəl düşmənin planlarının Yəməni Fələstin xalqına verdiyi dəstəyinin qarşısını almaq üçün yeni planlar həyata keçiridiyini açıqlayıb. Bəyanatda Səudiyyə Ərəbistanı və BƏƏ bu planları ABŞ və İsrailin xeyrinə maliyyələşdirməkdə ittiham edilib.
Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı X platformasında (keçmiş Twitter) bir yazıda qərargahın komandiri admiral Bred Kuperin Səudiyyə-Əmirlik koalisiya qüvvələrinin qərargah rəisi general-mayor Saqir bin Əzizlə görüşdüyünü bildirmişdi. Hərbi və təhlükəsizlik koordinasiyası və ABŞ-ın Ədən hökuməti ilə tərəfdaşlığı çərçivəsində keçirilən görüşdə iki tərəf arasında hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub.
Sizin rəyiniz