Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Nyu-York – IRNA – Məsud Pezeşkian, çərşənbə günü, 2025-ci ilin 24 sentyabr tarixində, Nyu-Yorka səfəri çərçivəsində İsveçrə Prezidenti xanım Karin Keller-Sutter ilə görüşündə, bu ölkənin əvvəlki humanitar səylərinə toxunaraq bildirdi: “Bu gün Qəzzada dərman və ərzaq çatışmazlığı səbəbilə günahsız və müdafiəsiz qadınlar və uşaqlar həyatlarını itirirlər; siz sionist rejimin Qəzzada törətdiyi faciə və cinayətlərin davam etməsinin qarşısını almaq üçün təsirli addımlar ata bilərsiniz.”
Prezident əlavə edib: “İran İslam Respublikası Ali Rəhbərin fətvasına əsasən nüvə silahı hazırlamağı haram hesab edir və bu məsələ beynəlxalq qanunlar və İranın hüquqları çərçivəsində yoxlanıla bilər.”
Biz diplomatik danışıqları dəstəkləyirik, lakin əgər snapback mexanizmi işə salınarsa, o zaman danışıqların mənası olmayacaq.
Pezeşkian həmçinin İranın İsveçrə ilə əməkdaşlığı genişləndirməyə və münasibətləri yüksəltməyə hazır olduğunu da bildirib.
İsveçrə Prezidenti bu görüşdə doktor Pezeşkianın konstruktiv mövqeyinə görə təşəkkürünü bildirərək qeyd edib: “İran və İsveçrə hər ikisi dünyada sülhün bərqərar olunması kimi ortaq hədəfi izləyirlər.”
Karin Keller-Sutter həmçinin bildirib ki, İsrailin Qəzzaya hücumlarını İsveçrə, İran və Qətərlə birlikdə qınayıb və əlavə edib: “İsveçrə Qəzzada ən qısa zamanda atəşkəsin əldə olunmasına çalışır.”
Sizin rəyiniz