Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: ABŞ-ın bambılı prezidenti Donald Tramp BMT Baş Assambleyasında çıxışında iqtisadiyyatdan və miqrasiyadan tutmuş enerji, ətraf mühit və davam edən müharibələrə qədər geniş mövzulara toxunaraq, BMT və bəzi ölkələrə qarşı sərt mövqelər ifadə etdi.
Tramp çıxışının əvvəlində deyib: “Son altı ildə biz böyük böhranlar dövrünə qədəm qoyduq. Bununla belə, Amerika bu gün dünyanın ən güclü iqtisadiyyatına, ordusuna və sərhədlərinə malikdir.”
O, Bayden administrasiyanı “iqtisadi fəlakət və yüksək inflyasiya” yaratmaqda günahlandıraraq əlavə edib: “Mənim hakimiyyətə gəlişimdən bəri 17 trilyon dollar sərmayə qoyuldu. Birinci müddətimdə dünyanın ən yaxşı iqtisadiyyatını qurdum və indi daha da güclü bir iqtisadiyyat qurmaq niyyətindəyəm.”
Tramp həmçinin Avropanı tənqid edərək bildirib: “Qeyri-qanuni miqrantlar Avropaya axışır və heç kim onların qarşısını almır. London kəskin şəkildə dəyişib və pis meri ucbatından tezliklə İslam şəriəti istiqamətində gedəcək.”
O vurğulayıb ki, “hər bir ölkənin sərhədlərinin təhlükəsizliyini təmin etmək və fərqli adət-ənənələrə və dinlərə sahib miqrantların girişinin qarşısını almaq hüququ var.”
Sizin rəyiniz