Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Kolumbiya prezidenti Qustavo Petro BMT Baş Assambleyasındakı çıxışında Qlobal Cənub ölkələrini “Fələstini azad etmək” və ABŞ və NATO-nun dəstəklədiyi “zülm və tiranlığa" qarşı çıxmaq üçün beynəlxalq hərbi güc yaratmağa çağırıb.
Qustavo Petronun BMT Baş Assambleyasındakı çıxışı zamanı ABŞ heyəti iclası tərk edib.
Petro çıxışında iştirakçılara dedi: "Bizə soyqırımı qəbul etməyən ölkələrin güclü ordusu lazımdır. Ona görə də mən dünya xalqlarını və ölkələrini hər şeydən əvvəl bəşəriyyətin ayrılmaz hissəsi kimi silah və hərbi güc toplamağa çağırıram. Biz Fələstini azad etməliyik".
Sizin rəyiniz