Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İspaniya hökumətinin sədri Pedro Sançes beynəlxalq ictimaiyyəti faşist İsrail rejiminin Qəzza sektorunda törətdiyi cinayətləri dayandırmaq üçün dərhal hərəkətə keçməyə çağırıb.
O, bu bəyanatı BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində keçirilən tədbirdə səsləndirib.
Az.shafaqna.com-un məlumatına görə, İspaniya hökumətinin mətbuat xidmətinin yaydığı məlumata görə, Sançes Fələstinin ən qısa zamanda BMT-nin tamhüquqlu üzvünə çevrilməsinin vacibliyini vurğulayıb. Baş nazir Qəzzadakı vəziyyəti “barbarlıq” adlandıraraq, bunun dərhal dayandırılması üçün tədbirlərin görülməsini tələb edib.
Məlumata əsasən, Madrid Qəzza ilə bağlı qansız İsrail rejiminə qarşı kifayət qədər sərt mövqe tutur. Sentyabrın 8-də Sançes Qəzzada “soyqırımı dayandırmaq” məqsədilə bir sıra addımlar atıldığını açıqlayıb. O cümlədən, insan haqlarının pozulması və hərbi cinayətlərdə birbaşa iştirak edən şəxslərin İspaniya ərazisinə daxil olmasına qadağa qoyulub.
Sizin rəyiniz