Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Məsud Pezeşkiyan Müstəqillik Günü münasibətilə Ermənistan prezidentini, baş nazirini və xalqını ürəkdən təbrik edib.
Pezeşkiyan prezident Vaqan Xaçaturyana və baş nazir Nikol Paşinyana ünvanladığı ayrı-ayrılıqda mesajlarında İran və erməni xalqları arasında dərin tarixi, mədəni və sivilizasiya bağlarını vurğulayıb.
Prezident Vaqan Xaçaturyana ünvanladığı müraciətdə, ümidvar olduğunu bildirib ki, hər iki ölkənin rəhbərliyi altında ümumi maraqlar və strateji hədəflər əsasında ikitərəfli münasibətlərin dərinləşməsi və möhkəmlənməsi prosesi davam edəcək.
Məsud Pezeşkiyan baş nazir Nikol Paşinyana ünvanladığı mesajda İran-Ermənistan münasibətlərinin son illər müxtəlif siyasi, iqtisadi və mədəni sahələrdə dinamik inkişaf etdiyini qeyd edib.
O, iki ölkə rəsmilərinin öhdəliyi və geniş əməkdaşlıq imkanları sayəsində regionda sülh və sabitliyə töhfə verərək bu müsbət tendensiyanın davam edəcəyinə dair nikbinliyini ifadə edib.
Sizin rəyiniz