20 sentyabr 2025 - 17:08
Pakistan və Səudiyyə Ərəbistanı arasında strateji əhəmiyyətli saziş bağlanıb

Müqaviləyə əsasən, tərəflərdən birinə istənilən hücum hər iki ölkəyə hücum kimi gözdən keçiriləcək və müttəfiqin münaqişəyə qoşulmasına səbəb olacaq.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Pakistan ilə Səudiyyə vəhhabi krallığı arasında strateji əhəmiyyətli saziş imzalanıb.

“Birgə Strateji Müdafiə Sazişi” adlı razılaşma ər-Riyad şəhərində Pakistan Baş naziri Şahbaz Şərif və Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman tərəfindən imzalanıb.

Qeyd olunan sazişdə iki ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsinə, region və dünyada təhlükəsizliyin təmin edilməsinə yönləndirildiyi, Pakistan və Səudiyyə Ərəbistanının müdafiə sahəsindəki əməkdaşlığının inkişafı və istənilən hücumların birgə qarşısının alınması vurğulanır.

Müqaviləyə əsasən, tərəflərdən birinə istənilən hücum hər iki ölkəyə hücum kimi gözdən keçiriləcək və müttəfiqin münaqişəyə qoşulmasına səbəb olacaq.

Sizin rəyiniz

You are replying to: .
captcha