20 sentyabr 2025 - 17:20
NATO və Qərb İttifaqının qatı rəqibi BRICS, Yazarlar Birliyini yaratdı

Bəyanata görə, BRICS Ədəbiyyat Şəbəkəsinin ilkin rəhbərliyi Rusiya Yazıçılar Birliyinin sədri Vadim Torxin və Braziliya Ədəbiyyat Akademiyasının prezidenti Markus Fritas tərəfindən həyata keçiriləcək və digər BRICS ölkələrindən nümayəndələr bu təşkilatın idarə heyətinə daxil olacaq.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: BRICS təşkilatına üzv ölkələrin nümayəndələri, bu təşkilatın Braziliyada keçirilən ikinci «Ənənəvi Dəyərlər» forumunun sonunda BRICS Yazarlar Birliyinin (BRICS Ədəbiyyat Şəbəkəsi) yaradılmasına dair bəyanat imzaladılar.

İRNA-nın Moskvadakı müxbirinin verdiyi məlumata görə, bu beynəlxalq təşkilat, BRICS ölkələrinin yazıçılarını, ədəbiyyat tədqiqatçılarını və nəşriyyatçılarını mədəniyyətlərarası çoxşaxəli mübadiləni inkişaf etdirmək üçün birləşdirəcək.

Şəbəkənin yaradılması təşəbbüsünü Çin irəli sürmüşdü.

Bəyanata görə, BRICS Ədəbiyyat Şəbəkəsinin ilkin rəhbərliyi Rusiya Yazıçılar Birliyinin sədri Vadim Torxin və Braziliya Ədəbiyyat Akademiyasının prezidenti Markus Fritas tərəfindən həyata keçiriləcək və digər BRICS ölkələrindən nümayəndələr bu təşkilatın idarə heyətinə daxil olacaq.

Sizin rəyiniz

You are replying to: .
captcha