Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran və Misir prezidentləri, telefon danışığı zamanı sionist rejimin Qətərə qarşı həyata keçirdiyi cinayətkar təcavüzə toxunaraq, İslam dünyasının İsrailin ekspansionist məqsədlərinə qarşı vahid, qətiyyətli və güclü mövqe tutmasının zəruriliyini vurğulayıblar.
İRNA-nın məlumatına görə, İİR Prezidenti Məsud Pezeşkian, Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə telefon danışığında bildirib:
“Sionist rejimin davranışları göstərir ki, bu rejim heç bir beynəlxalq norma və qaydalara sadiq deyil və istədiyi zaman, heç bir məhdudiyyət tanımadan, istənilən ölkəyə hücum edir. Bu cür şəraitdə İslam dünyası tərəfindən vahid və güclü mövqenin qəbul edilməsi qaçılmaz bir zərurətdir.”
Prezident Pezeşkian əlavə edib: “Sionist rejimin Qətərə qarşı törətdiyi təcavüzkar və qeyri-insani hücumların davamının qarşısını almaq üçün, İslam ümməti tərəfindən qətiyyətli və birgə mövqe ortaya qoyulmalıdır. Bu, müsəlman ölkələrə qarşı həyata keçirilən insanlıqdan kənar siyasətlərin qarşısını almağın yeganə yoludur.”
Sizin rəyiniz