9 sentyabr 2025 - 20:34
Vəliyyi Fəqih Hakimiyyəti Gələn il Kosmosa 20 peyk  göndərəcək

Həsən Salariye, aerokosmik elmlərə marağı olanlara müjdələyib ki, gələn il əsas proqram peyk buraxılışları olacaq və 20 peyk yerin orbitinə yerləşdiriləcək.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Hakimiyyətinin Kosmik Təşkilatının rəhbəri, 2026-cı il ərzində əsas diqqətin peyk buraxılışlarına yönələcəyini və təxminən 20 peykin orbitə buraxılacağını açıqlayıb.

O, əlavə edib:  İranın "Çang 8" layihəsinə qatılaraq, Çin raketləri ilə Ayın orbitinə araşdırma yükü göndərəcəyini bildirib.

Həsən Salariye, İRNA-nın iqtisadiyyat üzrə müxbirinə verdiyi müsahibəsində, İranın kosmik proqramlarının hazırkı vəziyyəti, infrastruktur inkişafı, yeni peyk buraxılışları və beynəlxalq əməkdaşlıqlar barədə məlumat verib.

O, eyni zamanda İran Kosmik Təşkilatının yerüstü stansiyalarının sayını artırmağı planlaşdırdığını açıqlayıb.

Salariye, aerokosmik elmlərə marağı olanlara müjdələyib ki, gələn il əsas proqram peyk buraxılışları olacaq və 20 peyk yerin orbitinə yerləşdiriləcək.

Sizin rəyiniz

You are replying to: .
captcha