Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: O, Xarəzmdə olarkən Həsən və ya Hüseyn Əl-Xarəzminin qızı Rəyhanə adlı bir qız uşağı ondan astronomiya haqqında soruşur; lakin qız uşaı ərəb dilini bilmirdi. Beləliklə, o oturub hesab, həndəsə, coğrafiya, astronomiya və astronomiya qanunlarına aid 530 sual və cavabdan ibarət kitab yazdı. Və bu kitabı “Ət-Təfhim li əvail əs-Sinaə ət-Təncim” adlandırdı. Bu, onun yeganə farsca kitabı oldu; Ustazul-Rəis (Baş ustad), Ustazul-İmam (Müəllim İmam) və dövrünün Ptolemey adlandırılan bir adamın yeganə farsca yazdığı elmi kitabı. Dünya onu Əbu Reyhan Məhəmməd ibn Əhməd Biruni kimi tanıyır və 04 Sentyabr (Hicri Şəmsi təqvimi ilə 13 Şəhrivər) günü onun anım günüdür.
Əbu Reyhanın həyatı
Əbu Reyhan Məhəmməd ibn Əhməd Biruni dünya səviyyəsində tanınmış Böyük İranlı Dahi riyaziyyatçı, coğrafiyaşünas və filosofdur, Hicri Qəməri təqvimi ilə Zil Qədə ayının 28, 362-ci (4 sentyabr 973-cü) ildə Cihun çayının şərq sahilində və Xarəzm gölünün (indiki Aral dənizi) cənubunda, Özbəkistanın Kas şəhərinin kənarında, Xarəzmdən qıraqda anadan olmuşdur.
Onun Xarəzmdəki ilk həyatı İraq sülaləsindən olan xarəzmşahların hakimiyyəti altında olmuşdur; sonra bir müddət Şəmsül-Məali Qabus ibn Vəşəmgir (Qəznəvi Sultan Mahmudun baldızı) məhkəməsinə getmiş, burada Qabus adı ilə ilk əsərlərindən olan “Asarul-baqiyyə” kitabını yazmış, sonra Reydə Mənsur ibn Nuh Səmaninin sarayına daxil olmuşdur.
Bundan sonra o, böyük hörmətlə Əbu əl-Abbas əl-Məmun ibn Məmunun xidmətində yeddi il Xarəzmdə yaşamış və tam əmin-amanlıq içində elmi işlə məşğul olmuşdur.
Qəznəvi sultanı Mahmudun Xorəzmə hücumu və Əl-Məmun sülaləsinin süqutu ilə Əbu Reyhan Sultan Mahmudun sarayına qoşularaq, astronomiya işlərini davam etdirir. Hindistana səfəri və bəzilərinə görə on iki il, bəzilərinə görə isə qırx il davam edən Sultan Mahmudla xidməti zamanı o, sanskrit dilini öyrənmək və hind sivilizasiyası ilə tanış olmaq imkanı qazandı.
Əbu Reyhan Biruni tərəfindən Astronomiyada Fizikanın Əsasları əlyazmasının şəkli
O, Mahmudun vəfatı ilə vətənə qayıdır və bundan sonra Mahmudun canişini yəni Məsud və Məvdudun dəstəyini alır. Bu müddət ərzində o, Məsud ithaf olaraq “Məsud qanunu” kitabını, “Cəmahir fi mərifətül-cəvahir” kitabını isə Məududa ithaf olaraq yazmışdır. Onun ən mühüm əsərlərindən biri olan “Əs-Saydənə fi əl-Tibb” kitabını isə heç kimə ithaf etmədiyi üçün ömrünün sonunda Əbu Reyhanın heç kim tərəfindən dəstəklənmədiyi aydın olur. Onun vəfatı Hicri Qəməri təqvimi ilə 23 Cəmadiu Sani ayı, 440-cı (9 dekabr 1048-ci) ildə Şənbə günündə qeyd edilmişdir.
Əbu Reyhan Biruninin mühüm əsərləri
Əbu Reyhan Biruninin mühüm əsərlərindən aşağıdakıları qeyd etmək olar:
1-Asar əl-Baqiyyə və əl-Qurunul-Xaliyyə / Azəri türkcəsinə mənası: Keçmiş əsrlərdən qalan əlamətlər (keçmiş xalqların tarixi və təqvimi haqqında kitabdır);
2-“Təhqiqu Mə Lil-Hind”, Tam adı “Fi Təhqiq Mə lil-Hind min məqulətin, məqulətin fil-Aql ov marduulatin” adlı kitab / Azəri türkcəsinə tərcüməsi: Həqiqi hinduların qəbul etdiyi və ya rədd etdiklərinin araşdırılmasında, ağılın qəbul etdiyi və ya rədd etdiyi kateqoriyalar ( bu Hindistan xalqı, dini, mədəniyyəti və elmi haqqında olan bir kitabdır);
3-Qanun əl-Məsudi (riyaziyyat, həndəsə, coğrafiya, astronomiya və astronomiya üzrə böyük ensiklopediya dair bir kitabdır);
4-Əl-Təfhim la-Əvail Sanaat ət-Təncim (astronomiya və astronomiya elmi haqqında kitab və onun yeganə farsca kitabıdır);
5-Əl-Cəmahir fi mərifəti əl-Cəvahir (iqtisadiyyat və cəmiyyət fəlsəfəsi və sərvət nümunələrinin ifadəsi, qiymətli mineralların tanıtımı və daş-qaşşünaslıq elmi haqqında kitab)
6-Əl-Saydənə fi ət-Tibb (tibb və farmakologiya və onun son kitabı).
Onun əsərlərinin xüsusiyyətlərindən biri də odur ki, Əbu Reyhan Biruni, müxtəlif dillərdən, məsələn, Sanskrit və Yunancadan sözlər qeyd edir; eləcə də kitablarında soğd, suryani, xarəzmi və s. bu kimi sözlərin nəsli kəsilmiş dillərdən sağ qalaraq bizə çatmasına səbəb olmuşdur.
Digər tərəfdən, “Ət-Təfhim” əsərində o, ümumi ərəb termin və sözlərinin farsca qarşılığını işlətməyə çalışmışdır; Bu kitab, Cəlaləddin Homaiyə görə, “orijinal və gözəl sözlər və köhnə fars cümlələri ilə zəngin bir mənbədir”.
İxtiralar və Kəşflər
Əbu Rayhan əl-Biruninin Qəzni əyalətinin coğrafi əhatəsini əldə etdiyi Yəmini üzüyü kimi bir çox ixtiraları, kəşfləri və yenilikləri var idi.
O, müxtəlif elmlərdə, o cümlədən astronomiya (Yerin hərəkəti nəzəriyyəsi, qiblənin istiqamətinin müəyyən edilməsi), coğrafiya (uzunluq və enin hesablanması, xəritələrin çəkilməsi) və digər humanitar və təbiət elmləri üzrə mühüm işlər görmüşdür; Məsələn, onun “Müqalid əl-Hey`əh” kitabı İslam ölkələrində sferik triqonometriyanın əsası oldu.
O, həm də əczaçılıq terminlərini və dərman adlarını ərəb dilinə, yunan dilindən fars dilinə ilk tərcümə edən də olmuşdur.
O, ilk dəfə olaraq təbiət elmlərində riyaziyyatdan istifadə etmiş və fizikada ümumi anlayış və məsələlərin təcrübə və induksiya yolu ilə riyazi sübut və misal və təfərrüatlarla isbat edilməli olduğunu söyləmişdir.
Onun elmi tədqiqatlarının mühüm nəticələrindən biri də cisimlərin xüsusi çəkisinin və müxtəlif metalların nisbi miqdarının (ərintilərinin) müəyyən edilməsidir. Bu araşdırmada Biruni konusvari alət adlı xüsusi bir cihaz icad etdi və İslam dünyasında ilk dəfə olaraq on səkkiz metal və mineralın xüsusi çəkisini əldə etdi.
Şapurqan Mani kitabına əsaslanaraq o, Sasanilərin hökmranlığının başlanmasının dəqiq tarixini və ondan əvvəl heç kəsin başa düşə bilmədiyi Ərdəşir Babəkanın taxta çıxdığı ili əldə etdi.
Həmçinin coğrafiya və geologiyanın elmi qaydalarına əsaslanaraq, sonradan Kristofer Kolumb tərəfindən məhz Biruninin xəritəsinə əsaslanaraq kəşf edilən və Amerika adlanan bir torpağın varlığını kəşf etdi.
Əl-Təfhimin əlyazma nüsxəsi
Bir dərəcəli sinusun çıxarılması, qlobusun hamarlanması və coğrafi xəritələrin çəkilməsi qaydası, dünya elm tarixində ən dəqiq tərəzilərdən biri olan Əbu Reyhan şkalası, günəşin xüsusi mərkəzi hərəkəti, almaz və zümrüdlərin fiziki xassələri, çay və dərələrin gelgitləri, aralıq bulaqlar, çiçəklərin və tumurcuqların həndəsi formaları, vakuumun mümkünlüyü, arıların bal düzəltməsinin keyfiyyəti və üsulu, Günəşin və Ayın tutulmalarının (Kusuf və Xusufun) müşahidəsi, sabitlərin dairəvi hərəkətinin miqdarı, şahmat xanaları hesablanması (Şaxmat taxtası xanalarında buğda dənəsi məsələsinin həlli. Belə ki, taxtanın hər sonrakı xanasında əvvəlkindən iki dəfə çox taxıl qoysanız, şahmat taxtasında neçə taxıl olacaq? Birinci xanada 1 ədəd buğda dənəsi, ikincidə 2 ədəd, üçüncü xanada 4 ədəd, dördüncü xanada 8 ədəd və s. hesablamağı əhatə edən riyazi məsələdir.
bu da nəticədə 18.446.744.073.709.551.615 buğda dənəsi edir.), coğrafi qlobusun düzəldilməsi, müşahidə alətlərinin və üç çubuq kimi cihazların hazırlanması, Şaqul, qiblənin istiqamətini tapmaq qaydası, məscidin mehrabının düzəldilməsi və s. onun kəşfi və yenilikləridir.
O, həmçinin humanitar elmlər, antropologiya, sosiologiya və fəlsəfənin mədəniyyət və tarixində mühüm rol oynamış, İran və İslam dünyası tarixində ən böyük alimlərdən biri kimi tanınır. Antropologiya və Hindologiyanın atası kimi tanınan Əbu Reyhan Biruni, kartoqrafiya, astronomiya, coğrafiya, tarix və fəlsəfədə xüsusi olaraq parlaqbir ulduz idi; O, 180-dən çox əsərin müəllifi və müxtəlif elmi sahələrdə çoxsaylı əsərlər yazmışdır.
Qəznidə Əbu Rayhan Biruninin yenilənmiş türbəsi
Biruninin Sonu
Nəhayət, təqribən 80 illik məhsuldar ömür sürdükdən sonra, qocalıq səbəbindən görmə və eşitmə qabiliyyəti zəiflədikdə, Əbu Rəyhan Biruni hicri 440-cı ildə Qəznədə vəfat etdi. Rəsmi İran təqvimində Şəhrivər ayının 13-ü bu böyük İranlı Alimin şərəfinə adlandırılıb.
Sizin rəyiniz