5 sentyabr 2025 - 15:23
Avstraliya səfiri İranı tərk edir

İİR Xarici İşlər Nazirliyinin sözçüsü Avstraliya səfirinin İranı tərk etdiyini bildirib

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi Avstraliya səfirinin İranı tərk etdiyini bildirərək deyib:

“Avstraliya hökumətinin siyasi əlaqələrin səviyyəsini azaltmaq üçün atdığı addımlar əsassızdır. Kanberradakı səfirliyimizin konsulluq şöbəsi fəaliyyət göstərir; Avstraliyada yaşayan iranlı soydaşlarımıza lazımi konsulluq xidmətləri göstərməyə çalışırıq.”

O əlavə edib: İrana qarşı antisemitizm ittihamı gülünc və əsassızdır.

Sizin rəyiniz

You are replying to: .
captcha