5 sentyabr 2025 - 16:02
İordaniya ordusu sionist əsgərləri həbs etdi

İvrit dilində çıxan bir qəzet İordaniya ordusunun son həftələr ərzində çoxlu sayda sionist əsgəri həbs etdiyini yazıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA:  "Russia Today"-in məlumatına görə, FAŞİST İsrail rejiminin "Haaretz" qəzeti məlumatlı mənbələrə istinadən yazıb ki, İordaniya ordusu son həftələrdə Vadi Araba bölgəsində ümumi sərhədi keçərək İordaniyaya tərəf keçmiş bir neçə sionist əsgəri həbs edib.

Bu xəbərə əsasən, İordaniya ordusu bu sionist əsgərləri öz bazalarından birində saxlayıb sorğu-sual edib və sonda onları işğal olunmuş ərazilərə qaytarıb.

Haaretz əlavə edib ki, sözügedən sionist əsgərlər bunu öz başçılarına xəbər vermədən ediblər.

Sizin rəyiniz

You are replying to: .
captcha