3 sentyabr 2025 - 19:43
Suriyada vəhhabi terrorçu Colani qüvvələri ilə kürdlər arasında silahlı toqquşma olub

Suriyada, xüsusilə də Riqqənin ətrafında vəhhabi terrorçu qüvvələri ilə kürd separatçı qüvvələri arasında qarşıdurmaların davam etdiyini göstərir.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Mediada yayılan xəbərlər Suriyada, xüsusilə də Riqqənin ətrafında vəhhabi terrorçu qüvvələri ilə kürd separatçı qüvvələri arasında qarşıdurmaların davam etdiyini göstərir.

SAHAR TV-nin məlumatına görə, Suriyanın Əl-Əxbariyyə telekanalı bildirib ki, Riqqənin şərq ətraflarında terrorçu Colani rejiminə bağlı ünsürlər ilə Suriya Demokratik Qüvvələri kimi tanınan kürd qüvvələri arasında növbəti dəfə şiddətli toqquşma baş verib.

Məlumata əsasən, Qolani qüvvələri kürd qüvvələrin Fərat çayı vasitəsilə Riqqənin şərqində yerləşən Muğla bölgəsinə girməsinə mane olub.

Bir neçə gün əvvəl də Suriyanın Hələb vilayətinin şərqindəki Təl Maaz kəndində iki tərəf arasında silahlı toqquşmanın baş verdiyi bildirilmişdi.

Suriyanın Əl-Əxbariyyə telekanalı bildirib ki, Suriya Demokratik Qüvvələri raket və ağır silahlarla Təl Maaz kəndini hədəfə alıblarş

Qeyd edək ki, Suriyada Bəşşar Əsəd rejiminin devrilməsindən sonra ölkədə daxili qarşıdurmalar səngiməyib, təhlükəsizlik və siyasi sabitlik hələ də bərqərar olunmayıb.

Sizin rəyiniz

You are replying to: .
captcha