Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Çinə səfərinin son proqramı çərçivəsində İkinci Dünya müharibəsinin başa çatmasının 80-ci ildönümünə həsr olunmuş paradda iştirak edib.
İRNA-nın məlumatına görə, mərasim çərşənbə günü, sentyabrın 3-də keçirilən Çin Silahlı Qüvvələrinin hərbi paradı ilə müşayiət olunub. Tədbirdə Pezeşkianla yanaşı 25-dən çox ölkənin liderləri də iştirak edib.
Paradda Çin ordusunun ən yeni texnika və silahları nümayiş etdirilib.
Sizin rəyiniz