3 sentyabr 2025 - 19:41
Pezeşkian Çində keçirilən hərbi paradda iştirak edib

Paradda Çin ordusunun ən yeni texnika və silahları nümayiş etdirilib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA:  İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Çinə səfərinin son proqramı çərçivəsində İkinci Dünya müharibəsinin başa çatmasının 80-ci ildönümünə həsr olunmuş paradda iştirak edib.

İRNA-nın məlumatına görə, mərasim çərşənbə günü, sentyabrın 3-də keçirilən Çin Silahlı Qüvvələrinin hərbi paradı ilə müşayiət olunub. Tədbirdə Pezeşkianla yanaşı 25-dən çox ölkənin liderləri də iştirak edib.

Paradda Çin ordusunun ən yeni texnika və silahları nümayiş etdirilib.

Sizin rəyiniz

You are replying to: .
captcha