27 avqust 2025 - 11:57
Ərakçi Avstraliyanın İranla bağlı qərəzli qərarına reaksiya verib

Seyid Abbas Ərakçi Avstraliya hökumətinin iranlı diplomatları ölkədən çıxarma qərarına reaksiya verib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının XİN-i Seyyid Abbas Ərakçi “X” sosial media hesabından Avstraliya hökumətinin iranlı diplomatları ölkədən çıxarma qərarına münasibət bildirib: “Mən Qəzzada hərbi cinayət törətdiyi üçün axtarışda olanlarla (Binyamin Netanyahu və Yoav Gallant) heç nə də razı deyiləm, lakin Netanyahu bir şeydə haqlıdır: Avstraliyanın baş naziri həqiqətən “zəif siyasətçidir”.

İran onlarla sinaqoqu olan dünyanın ən qədim yəhudi icmalarından birinin məskənidir. Biz öz ölkəmizdə belə məkanları qorumaq üçün əlimizdən gələni etsək də, İranı Avstraliyada bu cür müqəddəs məkanlara hücum etməkdə ittiham etmək gülüncdür.

Görünür, İran Avstraliya xalqının Fələstinə verdiyi dəstəyin (XİN işarə edir avstraliyalıların yarım milyonluq və 300 mindən yuxarı anti-sionist yürüşlərinə) əvəzini ödəməli olacaq. Kanberra administrasiyası bilməlidir ki, müharibə cinayətkarlarının rəhbərlik etdiyi rejimi sakitləşdirməyə çalışmaq Netanyahu və onun kimiləri daha da cəsarətləndirəcək.”

Qeyud edək ki, dünən Avstraliya İranın Kanberradakı səfiri cənab Əhməd Sadiqi “persona non-qrata” elan edib.

Sizin rəyiniz

You are replying to: .
captcha