Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əl-Cəzirə, Fransanın 128 ildir Paris muzeyində saxlanılan üç insan kəlləsini Madaqaskara qaytardığını bildirib. Kəllələrdən birinin fransız qüvvələri tərəfindən başı kəsilmiş Malaqas kralına aid olduğu güman edilir.
Tuera kralına və Sakalava etnik qrupundan olan daha iki nəfərə aid olduğu güman edilən kəllə sümüyünün çərşənbə axşamı Fransa Mədəniyyət Nazirliyində keçirilən mərasimdə rəsmi təhvil verilib.
Madaqaskarın mədəniyyət naziri deyib: “Bir əsrdən artıqdır ki, bu kəllələrin olmaması adamızın ürəyində açıq yara olub”.
Qeyd edək ki, fransız qüvvələri 1897-ci ildə Madaqaskarın (Hind okeanında bir ada) yerli əhalisinə qarşı törədilmiş SOYQIRIM zamanı kral Tueranın başını kəsərək onun kəlləsini kubok olaraq Fransaya gətirmiş, adadan yüzlərlə digər qalıqlarla birlikdə Parisdəki Milli Tarix Muzeyinə qoyulmuşdur.
Sizin rəyiniz