Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Beynəlxalq qəzetlər Birləşmiş Ştatların BMT-nin Qəzza zolağında aclığı təyid etməsi ilə bağlı rəsmi susqunluğunu müzakirə ediblər və bunu sionist rejimin diplomatik məğlubiyyəti adlandırıblar.
Belə ki, “New York Times” Avropa İttifaqının və bütün dünyanın qəzəbinə baxmayaraq, Birləşmiş Ştatların BMT tərəfindən Qəzzada rəsmi aclıqğın hökm sürdüyünü elan etməsinə açıq-aydın susmasını qeyd edib.
Qəzet qeyd edib ki, ABŞ prezidenti Donald Tramp ötən ay Qəzza zolağında baş verən aclığa işarə etsə də, hələ də BMT-nin hesabatına münasibət bildirməyib.
Üstəlik, Ağ Ev və Dövlət Departamenti aclığı İsrail rejiminin yardımı məhdudlaşdırması ilə əlaqələndirən hesabatı birbaşa nəzərdən keçirməyiblər.
Cümə günü işğalçı İsrail rejimin baş naziri bu xəbəri “tamamilə yalan” adlandırıb və rejimin Qəzzaya yardım almaq üçün görünməmiş addımlar atdığını deyib.
Təhlilçilər deyirlər ki, Netanyahu Vaşinqtonun Təl-Əvivə təzyiqi olmadan müharibəni bitirməyəcək və Qəzzanı aclıqdan çökdürmək siyasətini davam etdirəcək. Üstəlik, onlar Trampın İsrail rejiminə qarşı müharibəni dayandırmağa məcbur etməyəcəyinə əmindirlər.
Sizin rəyiniz