27 avqust 2025 - 11:31
İranın Dünya şöhrətli Dahi Alimi: Əbu Bəkr Məhəmməd ibn Zəkəriyyə Razi \ Haqqındı qısa məlumat

Bu gün (27 avqust) dünyanın ən böyük həkim, kimyaçı və filosoflarından biri olan Əbu Bəkr Məhəmməd ibn Zəkəriyyə Razinin anım günüdür.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Hər il avqustun 27-də (İran təqvimi ilə 5 şəhriver) iranlılar və ölkənin elmi ictimaiyyəti təkcə İranın deyil, bütün dünyanın ən böyük həkim, kimyaçı və filosoflarından biri olan Əbu Bəkr Məhəmməd ibn Zəkəriyyə Razinin xatirəsini yad edir.

İranın Dünya şıhrətli Dahi Alimi: Əbu Bəkr Məhəmməd ibn Zəkəriyyə Razi \ Haqqındı qısa məlumat

Zəkəriyyə Razi hicri 3-cü əsrdə (miladi 865) İranın Rey şəhərində anadan olmuşdur. O, uşaqlıqdan araşdırma ruhuna malik olub və həyatı boyu tibb, kimya, əczaçılıq, fəlsəfə, riyaziyyat kimi müxtəlif sahələrdə araşdırmalar apararaq adını tarixə həkk edib.

İranın Dünya şıhrətli Dahi Alimi: Əbu Bəkr Məhəmməd ibn Zəkəriyyə Razi \ Haqqındı qısa məlumat

Razi bir çox müasirlərindən fərqli olaraq müşahidə və təcrübəyə böyük önəm verirdi. Onun fikrincə, elm bilavasitə eksperiment və tədqiqat yolu ilə inkişaf etmişdir; yalnız keçmiş alimlərin nəzəriyyələrinə əsaslanmaq kifayət deyildi. Bu yanaşma ilə Razi elmi metodun qabaqcıllarından sayılır.

Onun ən mühüm əsəri olan əl-Havi (Tibb Ensiklopediyası) əsrlər boyu Avropa universitetlərində fundamental tibbi resurs kimi tədris edilmişdir.

İranın Dünya şıhrətli Dahi Alimi: Əbu Bəkr Məhəmməd ibn Zəkəriyyə Razi \ Haqqındı qısa məlumat

Qızılca və çiçək xəstəliyini ilk ayıran və elmi tərifini verən o oldu.

Tibbi etikaya böyük önəm verən və həkimlərin xəstənin rifahını hər şeydən üstün tutmasını müdafiə edən Zəkəriyyə Razi spirt və sulfat turşusunu da kəşf edib və müəyyən edib.

O, kimyanı sirli kimyagərlik axtarışından eksperimental və tətbiq edilə bilən bir elmə çevirdi.

İranın Dünya şıhrətli Dahi Alimi: Əbu Bəkr Məhəmməd ibn Zəkəriyyə Razi \ Haqqındı qısa məlumat

Fəlsəfədə ağıl və məntiqə üstünlük verən Razi öz əxlaqında və əxlaqi idrakında mötədilliyə, həqiqət axtarışına, humanizmə önəm verirdi.

Razinin şöhrəti təkcə İranla məhdudlaşmırdı. Orta əsrlərdə onun əsərləri latın dilinə tərcümə edilmiş, Paris və Bolonya kimi Avropanın böyük universitetlərində dərslik kimi tədris edilmişdir. Qərb alimləri, hətta Vezali və İbn Sina da onun fikirlərindən təsirlənmişlər.

Qərbdə Rhazes kimi tanınan Razi həmişə təbabətin təməl sütunlarından biri kimi yadda qalıb.

Zəkəriyyə Razinin xatirəsini yad etmək sadəcə olaraq tarixi şəxsiyyətin adını ucaltmaq deyil; həm də elmi marağın, eksperimental yanaşmaların, innovasiyaların və elmi etikanın vacibliyini vurğulamaq üsuludur.

İranın Dünya şıhrətli Dahi Alimi: Əbu Bəkr Məhəmməd ibn Zəkəriyyə Razi \ Haqqındı qısa məlumat

Elm və texnologiyaya hər zamankindən daha çox ehtiyac duyulan bu gün Razinin tədqiqatçı ruhu gənc alimlər üçün ilham mənbəyidir.

Tibbdə və digər elmlərdə Razinin vurğuladığı humanist yanaşma və etik dəyərlər günümüzün alim və həkimləri üçün bələdçi rolunu oynayır.

Sizin rəyiniz

You are replying to: .
captcha