26 avqust 2025 - 18:03
Sionist hərbiçilər: Biz partizan müharibəsi ilə üz-üzəyik

Sionist əsgərlər: “Bir neçə həftə əvvəl bir fələstinli döyüşçü cəmi bir neçə saniyəyə taktiki tuneldən çıxıb və zirehli transportyoru bomba ilə partladıb, nəticədə bir əsgərimiz həlak olub, digər doqquz əsgərimiz isə yaralanıb.”

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Bir qrup sionist hərbiçi Qəzza zolağında Həmas hərəkatının geniş monitorinq və izləmə sisteminə toxunaraq, regionda partizan müharibəsi ilə üz-üzə olduqlarını vurğulayıblar.

 “Yediot Ahronot” qəzeti faşist ordusunun paraşütçülər bölməsinin sionist əsgərlərinə istinadən yazıb: “Qəzza zolağında partizan müharibəsi ilə üz-üzəyik və düşməni çox az müşahidə edirik. HƏMAS-ın geniş pilotsuz uçan aparatları və izləmə sistemi var və hərəkatın qüvvələri boşluqlar axtarır və kiçik qruplar halında bizə hücum edirlər.”

Sionist əsgərlər vurğulayıblar: “Bir neçə həftə əvvəl bir fələstinli döyüşçü cəmi bir neçə saniyəyə taktiki tuneldən çıxıb və zirehli transportyoru bomba ilə partladıb, nəticədə bir əsgərimiz həlak olub, digər doqquz əsgərimiz isə yaralanıb.”

İsrail ordusunun Qəzza zolağı diviziyasının keçmiş komandiri Qadi Şamni də öncədən verdiyi açıqlamalarında HƏMAS-ın tunel tikintisinə yenidən başladığını və məhv edilə bilməyəcəyini vurğulamışdı.

Tags

Sizin rəyiniz

You are replying to: .
captcha