Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Donald Trampın bu ay rusiyalı və ukraynalı həmkarları ilə keçirtdiyi yüksək səviyyəli görüşlərindən sonra keçirilən yeni sorğu göstərir ki, amerikalıların yarıdan çoxu Ağ Evin yüksək vəzifəli şəxslərinin Kreml rəhbərinə qarşı kifayət qədər sərt davranmadığına və Ukrayna böhranını həll edə bilməyəcəyinə inanır.
Bazar ertəsi Harvard Universiteti və Harris İnstitutunun birgə keçirdiyi sorğu nəticəsində məlum olub ki, amerikalıların üçdə ikisi ABŞ prezidentinin Moskva ilə Kiyev arasında müharibəyə son qoymaq səylərini dəstəkləyir.
Sorğu kampaniyası amerikalıların 58 faizinin Trampın Putinə qarşı kifayət qədər sərt olmadığını düşündüyünü və ümumilikdə Vaşinqtonun Kiyevlə münasibətlərini Moskva ilə münasibətindən daha vacib hesab etdiyini bildirib.
Təxminən 10 seçicidən 6-sı Trampın son nəticədə Ukrayna müharibəsini həll edə bilməyəcəyini düşünür.
Sizin rəyiniz