Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əl-Cəzirə faşist İsrail işğalçı qüvvələrinin Qəzzada jurnalistləri növbəti dəfə hədəfə aldığını və bu hücum zamanı Əl-Cəzirə fotoqrafı Mohamed Salamə və bir neçə digər jurnalistin şəhid olduğunu açıqlayıb. Bu hücum Qəzzada şəhid olan jurnalistlərin sayını 10-a, cəmi şəhid jurnalistlərin sayını 240-a çatdırıb.
Əl-Cəzirə internet saytı yazıb: “Əl-Cəzirə İsrailin bu hərəkətini “jurnalistlərə qarşı cinayət” və beynəlxalq hüququn və peşəkar media qaydalarının açıq şəkildə pozulması hesab edərək, jurnalistlərin birbaşa hədəfə alınmasının həqiqətin səsini susdurmaq üçün sistemli kampaniya çərçivəsində həyata keçirildiyini vurğulayıb. TV Şəbəkə əlavə edib ki, Qəzza müharibəsində jurnalistlərə qarşı zorakılıq müasir tarixdə ən yüksək səviyyəyə çatıb və görünməmiş cinayətdir”.
Əl-Cəzirə Şəbəkəsi, jurnalistlərin müdafiəsi, senzura və medianın sıxışdırılmasının qarşısını almaq üçün beynəlxalq ictimaiyyətin İsrail rejiminə təzyiq göstərmək üçün beynəlxalq tədbirlərə ehtiyac olduğunu vurğulayıb və Qəzzada jurnalistlərin sistematik şəkildə hədəfə alınmasına son qoymağa çağırıb.
Sizin rəyiniz